İvan Rakitiçin "Hayduk"a keçidi rəsmiləşib
21.07.2024 - 12:03
"Barselona"nın və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi İvan Rakitiçin "Hayduk"a keçidi rəsmiləşib.
Apasport.az Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, bu gün ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Rakitiçin son klubu Səudiyyə Ərəbistanının "Əl-Şabab"ı olub. Ötən mövsüm xorvatiyalı futbolçu bütün yarışlarda 35 matçda iştirak edib, 3 qol vurub və 4 qolun ötürməsini verib.
- Qurban Qurbanov: "Əcnəbi VAR hakimlərinin gəlişini xoş qarşılamadım"
- İdmançımız Nyu-Yorkda keçirilən beynəlxalq yarışda iştirak edib
- "Beşiktaş"ın maraqlandığı forvard "Seltik"də
- Gürcüstan millisinin futbolçusu PSJ-nin hədəfində
- Azərbaycanın gimnastika mütəxəssisləri beynəlxalq seminara dəvət alıblar
0
0