"Fənərbaxça"nın futbolçusu Jayden Oostervolde milli komanda ilə bağlı seçim qarşısında qalıb.
Apasport.az xəbər verir ki, bunu Avropa nəhənglərinin hədəfində olan niderlandlı sol cinah müdafiəçisinin özü açıqlayıb.
22 yaşlı futbolçu milli komanda seçimi ilə bağlı açıqlamasında Türkiyə yığmasında oynamaq ehtimalına aydınlıq gətirib: "Bir neçə milli komandada oynamaq şansım var. Amma əsas məqsədim Niderland millisidir. Mənimlə türkiyəlilər özləri əlaqə saxladılar. Amma Niderland millisində oynamaq istədiyimi dedim. Əslində özümü türk kimi hiss etmirəm. Bu səbəbdən Türkiyə milli komandası seçimi mənim üçün çətin olacaq".
Qeyd edək ki, müdafiəçi 2022/23 mövsümündə "Parma" dan "Fənərbaxça"ya transfer olunub.
- “Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”
- Adrian Mutu: "Nə baş verdiyini başa düşə bilmirəm"
- DÇ-2026: Niderland - Tunis matçının heyətləri bəlli oldu
- “Qarabağ” beynəlxalq turnirdə “Aston Villa” ilə üz-üzə gələcək
- Bu gün Basketbol Liqasında final mərhələsinin ilk oyunu keçiriləcək