Kabo-Verde futbol millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, yığma bu uğura DÇ-2026-nın seçmə mərhələsində Esvatiniyə 3:0 hesabı ilə qalib gəlməklə nail olub.
Bununla da Kabo-Verde yer aldığı qrupu on turdan sonra 23 xalla lider tamamlayıb.
Qeyd edək ki, Kabo-Verde dünya çempionatına vəsiqə qazanan 22-ci komanda olub. Daha əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair və Qananın mundialın final mərhələsində iştirak edəcəyi müəyyənləşmişdi.
- Neymarın sevgilisini və qızını oğurlamaq istədilər
- Azərbaycan Güləş Federasiyasının nümayəndələri Astarada olublar
- Milinkoviç-Saviçin meneceri narazıdır: “100 milyon çoxdur”
- Azərbaycan yığması “Qalatasaray”ın baş məşqçisinə tapşırıldı
- Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq