Karlos Solerə veto
31.12.2023 - 19:20
PSJ yarımmüdafiəçi Karlos Solerin ölkəsinə qayıtmasını istəmir.
Apasport.az xəbər verir ki, İspaniyalı futbolçu "Betis", "Sevilya" və "Valensiya"nın diqqət mərkəzindədir.
Paris klubu 26 yaşlı futbolçunun əsas heyət üzvü olmamasına baxmayaraq, komandada qalmasını istəyir. 2022-ci ilin sentyabrından Fransa klubunda çıxış edən Solerin komanda ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Qeyd edək ki, bu mövsüm 14 oyun keçirən orta xətt oyunçusu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Aston Villa" "Liverpul"u "topa tutdu" - 4-ə yüksəldi
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
- “Gəncə” voleybol komandasında ayrılıq yaşanıb
- 2025-ci ildə boksçularımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artıb
- "Fənərbaxça"dan De Bruyne bombası
0
0