Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
19.06.2026 - 05:46
“Real”ın yeni futbolçusu Mark Kukurelya transferi barədə danışıb.
Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi Madrid klubuna keçidinin qısa müddətdə reallaşdığını bildirib.
“Real”a keçidim çox sürətli baş verdi. Hər şey 36-48 saat ərzində oldu. Mən də buna üstünlük verirdim, başağrısı olmadan. İndi isə çox xoşbəxtəm”, - deyə Kukurelya bildirib.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi bu yay "Çelsi"dən "Real"a transfer olunub. Madrid təmsilçisi futbolçu üçün 55 milyon avro ödəyib, müqavilənin müddəti isə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.
0
0