Kulibali fikrini dəyişdi
19.06.2022 - 00:39
Xalidu Kulibali “Napoli”dən ayrılmaq fikrini dəyişib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu artıq Neapol təmsilçisində qalmağı düşünür.
30 yaşlı mərkəz müdafiəçisi hətta yeni müqavilə zamanı maaşının azaldılmasına da razıdır. Avropanın bir neçə aparıcı klublarının maraq dairəsinə düşməsinə baxmayaraq, Seneqal millisinin üzvü hətta karyerasının sonuna qədər “Napoli”də oynamağı planlaşdırır. Xalidu bu yay klubdan ayrılmasa, yeni mövsümdən “Napoli”nin kapitanı olacaq.
Qeyd edək ki, Xalidu Kulibali 2014-cü ildən “Napoli”də çıxış edir.
- Deşamı Zidan əvəzləyəcək? – Federasiya prezidenti AÇIQLADI
- Tomas Tuxel İngiltərə millisində
- Türkiyəli hakim bu dəfə Çempionlar Liqası matçında "iz qoyub"
- Şimanski üçün rekord təklif: Dünyaca məşhur məşqçi onu istəyir
- Portuqaliya klubunun müdafiəçisi: "Yalnız "Qarabağ" və "Neftçi"nin təklifini dəyərləndirərəm"
0
0