Laporta: "Barselona" La Liqanın qalibi olacaq"
24.01.2024 - 10:37
"Barselona"nın prezidenti Joan Laporta "Barselona"nın çempion olacağına inanır.
Apasport.az "BarcaTimes"a istinadla xəbər verir ki, klub prezidenti çətinliklərə baxmayaraq, komandasına güvənir.
“Xavi çempionluğu qazanmağın bizim üçün çətin olacağını söylədi? Mən həmişə Xavi ilə razıyam. Həqiqətən, çətin olacaq, amma çempionluğu qazanacağıq. Mən əminəm ki, “Barselona” qalib gəlmək üçün favorit olacaq”, - Laporta deyib.
Qeyd edək ki, 20 matçdan sonra 44 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
- Əlil arabasından böyük futbolçuya aparan yol - ULDUZLAR
- “Şamaxı” portuqaliyalı futbolçu transfer edib
- Almaniya millisinin məşqçisi tanınmış hakimi təhqir edib
- Evren Alkaya: “Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyəmiz olsun”
- Futzal üzrə Azərbaycan millisi reytinqdə 29-cu pillədə qərarlaşıb
0
0