İngiltərə Premyer Liqasının 33-cü turunda "Liverpul" doğma meydanda "Kristal Palas"a məğlub olub.
Apasport.az "Opta Sports"a istinadla xəbər verir ki, mersisaydlılar ardıcıl 9-cu ev matçında qol buraxaraq, klub antirekordunu təkrarlayıblar. “Liverpul” 1996 və 1999-cu illərdə də oxşar məğlubiyyət seriyasına malik olub.
Xatırladaq ki, ötən həftəsonu “Liverpul” öz meydanında “Kristal Pelas”a 0:1 hesabı ilə məğlub olub. Bu uğursuzluqdan sonra Yurgen Kloppun yetirmələri 71 xalla üçüncü pillədə qərarlaşıb. Mersisaydlılar lider “Mançester Siti”dən 2 xal geri qalır.
Qeyd edək ki, ingilislər növbəti oyununu Avropa Liqasının 1/4 final mərhələsində “Atalanta”ya qarşı keçirəcəklər.
- "Fənər" Edersona təklif göndərdi, "Qalatasaray" azarkeşləri Dursun Özbeki istefaya səslədi
- AFFA Premyer Liqa klubunun qapıçısını milliləşdirəcək - Özəl
- "Bunu problem kimi yox, şans kimi görərdim" - Poçettino
- De Byazi: “O, utancaq görünən, lakin əla xarakterə malik futbolçudur”
- Canni de Byazi: “Maksimuma çatdığımı düşünürəm”