"Liverpul" tarixində bir ilk
12.03.2025 - 13:32
"Liverpul" tarixində bir ilk

"Liverpul" ötən gecə tarixində ilki yaşayıb.

Apasport.az xəbər verir ki, mersisaydlılar ilk dəfə Çempionlar Liqasında penaltilər seriyasında məğlub olublar.

"Liverpul" ötən gecə 1/8 final mərhələsinin cavab oyununda PSJ-yə 0:1 hesabı ilə uduzub. İlk görüşdə İngiltərə təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Burada komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə PSJ üstün olub və mərhələ adlayıb - 4:1.

Bu, "Liverpul"un Çempionlar Liqasında penaltilər seriyasında ilk məğlubiyyətidir. Komanda daha əvvəl 3 dəfə penaltilər seriyası keçirib və hər birində qələbə qazanıb.