"Liverpul"da ayın oyunçusu bəlli olub
02.04.2025 - 12:53
"Liverpul" ötən ayın nəticələrinə əsasən komandanın ən yaxşı futbolçusunu açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mükafatı qapıçı Alisson Bekker alıb. Azarkeşlərin səsverməsində braziliyalı qolkiper 29 faiz səs toplayıb.
32 yaşlı braziliyalı bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyun keçirib.
Qeyd edək ki, 29 oyundan sonra 70 xalı olan "Liverpul" İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir.
- Qurban Qurbanov: "Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb"
- İki boksçumuz Avropa birinciliyində bürünc medalı təmin edib
- Samir Əliyev: "Açıq danışaq, hər komanda bizimlə oynamaq istəmir"
- Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Premyer Liqanın ən uzun məğlubiyyətsiz seriyaları - SİYAHI
0
0