İngiltərə Premyer Liqa komandalarından “Liverpul” yayda heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, mersisaydlılar “Ayntraxt Frankfurt”dan Omar Marmuşu transfer etmək niyyətindədir.
Klub rəhbərliyi 25 yaşlı futbolçunu Məhəmməd Salahın əvəzləyicisi kimi görür.
Həmçinin misirli oyunçu ilə digər bir alman klubu “Bayern”də maraqlanır.
“Frankfurt” klubu isə oyunçu üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, misirli forvard 2023-cü ildə “Volfsburq”dan “Aytraxt”a transfer olub. Marmuş hazırkı komandası ilə çıxdığı 38 rəsmi matçda 22 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Sumqayıt"ın baş məşqçisi: "Hədəfimiz ilk pilləni tutub "A" Liqasına yüksəlməkdir"
- AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
- “Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salındı
- Millətlər Liqası: Yığmamız Belçikaya qalib gəldi
- Filips: "O, Mbappedən daha sürətli olan yeganə oyunçudur"