İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul"un transfer etmək istədiyi Niko Şlotterbek gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, alman futbolçu "Borussiya"da qalacaq.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Artıq tərəflər arasında razılıq əldə olunub. 25 yaşlı mərkəz müdafiəçisinin Bundesliqa klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqaviləyə imza atması gözlənilir.
Xatırladaq ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin iyul ayında "Frayburq"dan transfer edib.
Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.
- "Arsenal"ın 13 milyonluq gözaltısı
- "Neftçi"nin yeni baş məşqçisi: "Azarkeşləri yenidən tribunalara qaytaracağıq"
- "Mançester Yunayted" "Everton"un 2 futbolçusu ilə maraqlanır
- "Turan Tovuz", "Neftçi", "Sumqayıt": AZARKEŞLƏR KİMƏ DAHA ÇOX MARAQ GÖSTƏRİR?
- Azərbaycanlı hakim İspaniyanın oyununa təyinat alıb