"Liverpul"un futbolçusu İtaliya klubuna keçə bilər
18.11.2024 - 14:40
“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza yanvarda İtaliyada oynaya bilər.
Apasport.az xəbər verir ki, “İnter” 27 yaşlı yarımmüdafiəçini 2025-ci ilin yanvarında mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
Futbolçu keçən yay “Yuventus”dan “Liverpul”a keçib, lakin indiyədək komandasında cəmi 3 oyun keçirib.
Yarımmüdafiəçinin “Liverpul”la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Qeyd edək ki, 2021-ci ildə Kyeza İtaliya millisinin tərkibində Avropa çempionatının qalibi olub.
- Mançesterdə dramatik sonluq
- Klozedən Messiyə təbrik - “Tarixin ən yaxşısıdır”
- I Liqada XXVI turun mərkəzi matçını Əliyar Ağayev idarə edəcək
- Hüseyn Yüceldən şok iddia: "Serdal Adalı sponsorluq üçün anlaşdığımız şirkətin müdirini təhdid edib"
- “Neftçi”nin “Zirə” və "Qarabağ"la oyunlarının vaxtı açıqlandı
0
0