"Qarabağ"ın müdafiəçisi Mateus Silva Avropa Liqasının əsas mərhələsinin II turunda "Malmö" ilə oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.
O, "Sabah"la (3:2) matçda zədələnən futbolçunun son durumu ilə bağlı bunları deyib:
"Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də, futbolçu üçün".
Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna 20:45-də start veriləcək.
- Fərid Qayıbov: "Olimpiadanın Azərbaycanda keçirilməsi..."
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- AFFA Gənclər Liqasının qalibləri mükafatlandırıldı
- “Qarabağ” 7, “Neftçi” 95 pillə irəlilədi – dünya reytinqində
- Kişilər arasında ACF turunun ikinci yarışı keçiriləcək