"Mançester Siti" "Tottenhem"in ulduzunu hədəfləyir
20.01.2024 - 15:27
“Tottenhem”in sağ cinah müdafiəçisi Pedro Porro “Mançester Siti”yə qayıda bilər.
Apasport.az xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu bu mövsüm komandasının əsas oyunçularından birinə çevrilib.
İddialara görə, "Mançester Siti"nin "sükançı"sı Pep Qvardiola həmyerlisini Kayl Uokerin uzunmüddətli əvəzləyicisi kimi görür.
Pedro Porro 2019-2022-ci illərdə “Mançester Siti”yə məxsus olub, sonra isə əsas komandada debüt etmədən “Sportinq”ə satılıb.
"Transfermarkt"ın məlumatına görə, ispaniyalının dəyəri 45 milyon avrodur.
- Parataekvondoçularımızın Ankaradakı təlim-məşq toplanışı başa çatıb
- "Çelsi" Acunun komandasına rəhm etmədi
- “Rubin”in futbolçusu Azərbaycanla oyunlarda iştirak etmək istəmədi
- “Qarabağ” “Ferensvaroş”la ilk oyunda bərabərə qaldı - YENİLƏNİB
- "Fənər" və "Qalatasaray" onun üçün yarışır: Ulduz futbolçunun seçimi bəllidir
0
0