İngiltərə Premyer Liqasının “Mançester Yunayted” - “Brayton” matçından sonra ev sahibi komandanın futbolçuları arasında dava olub.
Apasport.az saytı xəbər verir ki, hesabat turunda “qırmızı şeytanlar”ın rəqibinə 1:3 hesablı məğlubiyyəti soyunub-geyinmə otağında münaqişəyə səbəb olub.
Komandanın kapitanı Bruno Fernandeslə yarımmüdafiəçi Skott Maktominayinin mübahisəsi düşüb. Mərkəz müdafiəçiləri Lisandro Martines və Viktor Lindelöf arasında da dava olduğu bildirilir. Hətta vəziyyət o həddə çatıb ki, komandanın baş məşqçisi Erik ten Hag özü tərəfləri ayırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, arxada qalan beş turda cəmi iki qələbə qazanan “Mançester Yunayted” topladığı 6 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alır.
- "Neftçi"nin yeni transferi: "Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır" - Müsahibə
- Azər Bağırov: "Qarabağ"la başabaş oynaya bilmərik"
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
- Hacı Əliyev dördqat Avropa çempionu oldu - YENİLƏNİB
- "Qalatasaray" mövsümə 3 xalla başladı