Lionel Messi "Qızıl top"ları və digər fərdi mükafatları harada saxladığı ilə bağlı sualı cavablandırıb.
"İnter Maimi"nin və Argentina millisinin futbolçusu sözügedən “qənimətlər”inin İspaniyada olduğunu açıqlayıb.
36 yaşlı “superulduz” bu əşyaları görmək üçün muzeyə getməyi tövsiyyə edib: “Məndə olan hər şey Barselonada, muzeyimdə var. "Qızıl toplar", qızıl çəkmələr, köynəklər və digər mükafatlar. İstəsəniz, gedib onları yaxından görə bilərsiniz”.
Qeyd edək ki, Messi karyerası ərzində 7 dəfə “Qızıl top” mükafatının sahibi olub. Futbolçunun oktyabrın 30-da veriləcək növbəti mükafatı almaq şansı yüksək dəyərləndirilir.
- Vüsal İsgəndərli vəfat edən komanda yoldaşı barədə: "Şoka salan hadisədir" - Müsahibə
- Azərbaycan çempionatında finalçılar müəyyənləşdi
- Millətlər Liqası: Yığmamızın rəqibləri bəlli oldu - YENİLƏNİB
- Azərbaycan çempionu Xorvatiya yığmasının qapıçısını transfer etdi
- “Şaxtyor”un futbolçusu “Qarabağ”ın transfer siyahısında