“Milan” kapitanı ilə bağlı qərarını verib
28.12.2025 - 14:58
“Milan” qapıçısı Mik Menyanla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, A Seriyası təmsilçisi fransalı qolkiperə yeni və uzunmüddətli müqavilə təklif edib.
Klub rəhbərliyi əsas oyunçusunu komandada saxlamaq üçün bonuslar istisna olmaqla, illik təxminən 7 milyon avro məvacib ödəməyi planlaşdırır.
Qeyd edək ki, Mik Menyan cari mövsümdə “Milan”ın heyətində 18 rəsmi oyunda meydana çıxıb və bu qarşılaşmaların 8-də qapısını toxunulmaz saxlayıb.
- Taekvondo millimiz Bakıda təlim-məşq toplanışına başlayıb
- İqor Mitreski: "Bugünkü gündə mənim üçün "Qarabağ" "Şkendiya" ilə görüşlərin favoritidir"
- Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
- “Araz Naxçıvan”dan böyükhesablı qələbə
- “Qarabağ”da Kadi Borqes kimi öhdəsindən gələ bilmədiyimiz futbolçu var idi”
0
0