Milan klubları Ronaldonu almaqdan imtina etdi
                    
                    15.08.2022 - 10:49
                        
                    
                    “Mançester Yunayted” Kriştiano Ronaldonu İtaliyanın iki klubuna təklif edib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu portuqaliyalı hücumçunu “İnter”lə “Milan”a satmaq istəyib.
Lakin A seriyası klubları bu təklifi qəbul etməyib. Milanlılar hücumçu almaqda maraqlı deyil.
Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında çıxış edən kluba keçmək istəyir. Bu üzdən mançesterlilər ona potensial müştəri axtarır.
 
                                
                                0
                                
                                0