"Milan"ın hücumçusu əməliyyat olunacaq
16.12.2025 - 09:18
"Milan"ın hücumçusu əməliyyat olunacaq

“Milan”ın mərkəz hücumçusu Santyaqo Ximenes oktyabrın sonlarında aldığı topuq zədəsindən sonra sağalma prosesini davam etdirir.

Apasport.az xəbər verir ki, nüfuzlu insayder Fabrizio Romanonun məlumatına görə, meksikalı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.

Ximenes daha əvvəl verdiyi açıqlamada həm fiziki, həm də emosional cəhətdən yorğun olduğunu, bu səbəblə meydana çıxaraq komandaya lazımi dəstəyi verə bilmədiyini bildirmişdi.

Qeyd edək ki, Santyaqo Ximenes “Milan”a Niderlandın “Feyenoord” klubundan transfer olunub. Hücumçu “rossoneri”nin heyətində bütün turnirlər üzrə 37 oyunda meydana çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.