
İngiltərə millisi DÇ-2022 ərəfəsində itki təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips mundialdan kənar qala bilər.
Çiynində problemlər yaranan Kelvinə əməliyyata məruz qalmaq ehtimalı çox böyükdür. O, “Vulverhempton”la Premyer Liqanın son turunu da eyni səbəbdən buraxmalı olub.
Ötən ay “Barselona” ilə görüşdə çiynində xəsarət alan 26 yaşlı futbolçu “Lids”dən “Mançester Siti”yə keçib. Lakin yayda transfer olunan Fillips cəmi 13 dəqiqə oynamaq imkanı qazanıb.
Qeyd edək ki, yarımmüdafiəçi Millətlər Liqasının son iki turunu da buraxacaq.
- Region Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
- Emin İmaməliyev: "Juninyo getsə də, "Qarabağ" hücum zonasında sıxıntı çəkməyəcək"
- Rəşad Sadıqov: “Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən” - MÜSAHİBƏ
- Marafonda yeni rekord müəyyənləşib
- Miyuşko Boyoviç: “Macarıstanda peşəkar klub Azərbaycandakından çoxdur”