Moratanın arzusu
08.07.2022 - 00:34
Alvaro Morata yenidən “Yuventus”a qayıtmaq istəyir.
Apasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu son iki mövsümü icarə əsasında Turin klubunda keçirib.
“Qoca sinyora”nın idman direktoru Federiko Çerubini İspaniya millisinin üzvünün qaytarılması ilə bağlı danışıqlarda vasitəçi rolunu oynayır. Morata özü menecerinə nəyin bahasına olursa-olsun İtaliya klubunda oynamaq istədiyini bildirib və “Atletiko” rəhbərliyi də bu barədə məlumatlandırılıb.
Qeyd edək ki, 29 yaşlı forvardın “Atletiko” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
- Premyer Liqa klubu 111 il sonra seriyasını təkrarladı
- Azərbaycan millisinin heyətində dəyişiklik olub
- Entoni daha bir təcavüzdə günahlandırılır: “Məni itələdi və nəticədə...”
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- “Fənərbaxça”dan həyati qələbə: 101-ci dəqiqədə
0
0