
Belçika millisinin sabiq futbolçusu Raca Naynqolan növbəti qalmaqalın səbəbkarı olub.
Apasport.az saytının məlumatına görə, hazırda “Antverpen”də çıxış edən yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında siqaret çəkib.
Bu, “Standart”la çempionat matçının (0:3) startı ərəfəsində baş verib. Meydanın yaxınlığında siqaret çəkən ulduz kameraların obyektivindən də yayınmayıb. Baş verənlərdən narazı qalan klub rəhbərliyi Naynqolanı əsas komandadan kənarlaşdırıb. O, əvəzedici heyətlə məşq edir.
Qeyd edək ki, Raca “Antverpen”ə qədər “Pyaçentsa”, “Kalyari”, “Roma” və “İnter”in şərəfini qoruyub.
- “Olimpiakos”un futbolçusu: "Qarabağ"la matçda qələbə qazanacağıq"
- Səbinə Əliyeva Türkiyədə çıxış edib
- Sambunun cəzası dəyişmədi - AFFA "Neftçi"nin şikayətini təmin etmədi
- Fərid Qayıbov: "İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq"
- “D” kateqoriyalı məşqçi kurslarına start verilib