Macarıstan təmsilçisi “Ferentsvaroş” heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “Partizan”dan Mateus Saldanyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu ilə müqavilənin detalları açıqlanmayıb.
“Ferentsvaroş” Saldanya üçün 3 milyon avro ödəyib.
Mateus 2023-cü ilin yanvarından iyuluna kimi “Neftçi”nin formasını geyinib. O, “ağ-qaralar”da 20 oyunda 5 qol vurub.
Xatırladaq ki, Macarıstan təmsilçisində bizə tanış olan iki futbolçu daha var. Bir müddət öncə ölkəmizdə "Qarabağ"ın formasını geyinmiş Kadi Borqes və Ovusu Kvabena da hazırda “Ferentsvaroş”un uğurları üçün çalışır.
- “Yuventus” Ronaldonun tələbindən təəccüblənib
- "Neftçi" Hakimlər Komitəsinə söz atdı - VİDEO
- Millimiz Estoniyanı Bakıda yox, bu şəhərdə qəbul edəcək - ÖZƏL
- Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib
- FIDE reytinqi: Şəhriyar Məmmədyarov 2, Ülviyyə Fətəliyeva 23 pillə irəliləyib