Neymar imicini dəyişdi
13.11.2023 - 13:48
Braziliya millisinin futbolçusu Neymar imicini dəyişib.
Apasport.az xəbər verir ki, yığmanın kapitanı yeni saç üslubu ilə diqqət mərkəzinə düşüb.
31 yaşlı hücumçu özünü keçəl etdirib. Onun bu imici pərəstişkarlarının xoşuna gəlməyib. Neymar azarkeşlər tərəfindən sərt tənqid atəşinə tutulub.
Qeyd edək ki, karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirən Neymar zədə səbəbindən komandasına kömək edə bilmir. Futbolçunun ən az 10 ay meydanlardan kənar qalacağı gözlənilir.
- AFFA rəhbərliyi UEFA Konqresində iştirak edəcək
- Xavi Kristensenin durumuna aydınlıq gətirdi
- DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, "Real"ın heç bir futbolçusu siyahıda yer almayıb
- Rail Məlikov: "Neftçi" üçün namizədim Tərlan Əhmədov və Samir Abasovdur"
- Azərbaycanlı hakim-inspektor dünya çempionatına təyinat alıb
0
0