Qvardiolanın gözü Musialada
27.10.2023 - 13:57
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bavariya”nın oyunçusu Camal Musialanın transferində maraqlıdır.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis gələcəkdə Kevin De Bryynenin yerini almaniyalı yarımmüdafiəçi ilə doldurmağı planlaşdırır.
Gənc oyunçu 2020-ci ildən Münhen təmsilçisinin heyətində çıxış edir. Qvardiola Camalın bir neçə il ərzində dünyada ən yaxşı onluqda yer alacağı qənaətindədir.
Qeyd edək ki, 20 yaşlı vingerlə “Real” və “Liverpul” klubları yaxından maraqlanır.
- “Sumqayıt”ın baş məşqçisi: “Sıx və uyğunsuz qrafiklə üzləşmişik”
- Almaniyalı milyarder: Ronaldonu “Bavariya”ya gətirin, pulunu verəcəm
- FIFA dünya çempionatının mükafat fondunu artıracaq
- Azərbaycanlı funksioner Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində fəaliyyət göstərəcək
- "Kəpəz" sabiq hücumçusunu heyətinə qatıb
0
0