Neymar sabiq komandasına qayıda bilər
18.01.2025 - 17:17
"Əl-Hilal"ın ulduz futbolçusu Neymar ölkəsinə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Santos" braziliyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Globo" nəşri məlumat yayıb.
Braziliya klubu ulduz futbolçunu 6 aylıq icarəyə götürməyə çalışır. "Santos" bunun üçün əƏrəbistanı klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayında PSJ-dən "Əl-Hilal"a keçib. 32 yaşlı oyunçu uzun müddət zədəli olub. Təcrübəli futbolçu komandanın heyətində 7 rəsmi matçda meydana çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisinin üzvü "Santos"un yetirməsidir.
- AFFA "Futbol Təhsili Vebinarları" təşəbbüsünə start verib
- DÇ-2026: Danimarkadan 6, Avstriyadan 10 cavabsız qol - YENİLƏNİB
- Aslan Kərimov: "Qarabağ"ın bu matçda qalib gəlməsi təəccüblü olmamalıdır"
- "Olimpik Marsel" heyətini gənc hücumçu ilə gücləndirib
- "Hakken"in baş məşqçisi: "Əsl İsveç havasıdır - yağışlı, küləkli... "
0
0