Nigeriya yığmasının yeni baş məşqçisi müəyyənləşib
27.08.2024 - 15:42
Futbol üzrə Nigeriya millisinin yeni baş məşqçisinin adı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yığmanın "sükanı" Bruno Labbadiaya tapşırılıb. 56 yaşlı almaniyalı mütəxəssis Nigeriya yığmasının tarixində 37-ci baş məşqçisi olub.
Qeyd edək ki, Bruno Labbadia son olaraq 2022/2023 mövsümündə ölkəsində "Ştutqart"ı çalışdırıb.
- “Turan Tovuz” “Tottenhem”in yetirməsi ilə danışıq aparır – YALNIZ BİZDƏ
- Qurban Qurbanovun mətbuat konfransının vaxtı bəlli olub
- Kabo-Verde yığması ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb
- Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
- “İmişli”dən daha bir hücumçu transferi
0
0