Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın Türkiyə milli komandasının ulduzları Avropa nəhənglərinin radarındadır.
Apasport.az xəbər verir ki, Dortmund "Borussiya"sı Ferdi Kadıoğlu və İsmail Yüksek ilə maraqlanır.
Nuri Şahini komandaya rəhbər təyin edən alman nəhəngi hər iki futbolçunu heyətinə qatmaq istəyir.
AVRO 2024-dən sonra İsmail Yüksek üçün rəsmi təklifə hazırlaşan Dortmund, Ferdi Kadıoğlu üçün ilk təması quraraq, "Fənərbaxça"nın transfer gözləntiləri ilə maraqlanıb.
Ferdi Kadıoğlunu "Arsenal" da izləyir.
Ferdi Kadıoğlu ötən mövsüm "sarı-göylü" forma ilə 51 matçda 3 qol, 5 məhsuldar ötürmə, İsmayıl Yüksek isə 47 matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Olimpiyaçımız üçün sınaqçı rəqib
- Dövlət başçısı: “Komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”
- "Real"ın fransalı futbolçuları "Liverpul"la matçda oynaya biləcək
- "Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - Rəsmi
- Vinisius Junior: "Neymar həmişə əsas kumirim olub"