"Nyukasl" kapitanı ilə yollarını ayırdı
03.02.2026 - 15:55
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Nyukasl"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, kapitan Camal Lassells komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Arxa xətt oyunçusu karyerasını İngiltərənin digər klubunda davam etdirəcək. O, "Lester"ə transfer olunub.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Bakıda keçiriləcək.
0
0