İngiltərə klublarından "Mançester Siti"nin futbolçusu Cek Qrilişin evi qarət edilib.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Premyer Liqanın 19-cu turu, yəni dekabrın 27-də "Everton"la (3:1) matçın gedişində baş verib.
Ulduz futbolçunun evi qarət olunan zaman onun ailəsinin bəzi üzvləri, o cümlədən sevgilisi Saşa Attvud, valideynləri, nənəsi, iki bacısı və qardaşı evdə olub. Onlar ingilis oyunçunu dəstəkləyən zaman yuxarı mərtəbədə səs-küy və itlərin hürməsini eşidiblər. Dərhal malikanəyə polis çağırılıb və hadisə yerinə bir polis helikopteri və beş patrul maşını gəlib.
Güclü təhlükəsizliyə baxmayaraq, təcavüzkarlar içəri girərək 1 milyon funt-sterlinq dəyərində saat və zinət əşyaları ilə qaçıblar.
Qeyd edək ki, yarımmüdafiəçinin evinin ətrafında axtarışlar aparılıb, lakin şübhəlilərin izinə rast gəlinmədiyi qeyd olunub. Buna baxmayaraq istintaq davam edir.
- İlin ilk rəsmi matçı başladığı kimi bitdi - YENİLƏNİB
- La Liqa: “Vilyareal” - “Osasuna” matçında 6 qol
- Dmitri Nağıyev: "Oleq Bloxin Azərbaycan millisinə uyğun deyil" - MÜSAHİBƏ
- "Kəpəz" saxlamaq istəyir, "Araz-Naxçıvan" almaq - "Porto"nun yetirməsinin qərarı
- "Qalatasaray" "Roma"nın futbolçusunu aldı – 30 milyona