Paytaxt klubu argentinalı futbolçusunu satacaq
15.10.2022 - 23:39
“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo de Paul klubu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi 28 yaşlı argentinalını qış fasiləsində satmağı istisna etmir.
“Atletiko” rəhbərliyi ümid edir ki, de Paul DÇ-2022-də parlaq çıxış edəcək və Qətərdəki mundialdan sonra sərfəli məbləğdə təkliflər gələcək.
Qeyd edək ki, de Paul bu mövsüm 9 oyun keçirib. Onun transfer qiyməti 35 milyon avro qiymətləndirilir.
- Maksim Medvedev: "Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirdim"
- Misli” məntəqələrində daha bir YENİLİK - Real görüntülü Virtual Bundesliqa başlayır!
- Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli
- "Çelsi" Kvaratsxeliyaya elçi düşdü
- “Qalatasaray” ulduz futbolçusu ilə müqaviləni yenilədi
0
0