“Real”da prezident seçkiləri ərəfəsində transfer gündəmi qızışıb.
Apasport.az xəbər verir ki, klub prezidenti Florentino Perez Maykl Oliseni heyətə qatmaq istəyir.
“The Telegraph”ın məlumatına görə, Perez seçkilərdə qalib gələcəyi halda “Bavariya”nın fransalı vingeri üçün 150 milyon avroluq təklif hazırlayacaq.
Madrid klubunun 24 yaşlı futbolçunu hücum xəttini gücləndirmək üçün əsas hədəflərdən biri kimi gördüyü bildirilir.
“Bavariya”nın Oliseni satmağa necə yanaşacağı isə hələlik bəlli deyil.
Qeyd edək ki, Maykl Olise 2024-cü ildən “Bavariya”da çıxış edir. Fransalı futbolçunun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
- "Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar"
- "Çelsi" Poçettinonun gələcəyi ilə bağlı qərar verib
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- Artyom Dzyuba danışıqlar aparmaq üçün Bakıya gəldi
- "Fənərbaxça"nın yeni transferi İstanbula gəlib