Pioli A Seriyası klubuna rəhbərlik edəcək
15.06.2025 - 01:28
A Seriyasında çıxış edən "Fiorentina"nın yeni baş məşqçisinin adı dəqiqləşib.
Apasport.az xəbər verir ki, komandaya Stefano Pioli başçılıq edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Son mövsümü "Əl-Nəsr"də keçirən təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Piolinin yaxın günlərdə Səudiyyə Ərəbistanı klubunu tərk edəcəyi xəbərləri yayılıb.
Qeyd edək ki, Pioli 5 mövsüm "Milan"ı çalışdırıb və bir dəfə İtaliya çempionu titulunu qazanıb.
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- "Fənərbaxça" "Aston Villa"nın müdafiəçisini istəyir
- "Fənərbaxça" xal itirdi, lider dəyişdi
- Rimas Kurtinaytis: “Çətin, amma vacib qələbə oldu”
- Aslan Kərimov: “Legioner həyatı yaşayanlar milliyə gələrkən matça tam sədaqətlə çıxmırlar” - Müsahibə
0
0