Premyer Liqa klubu türkiyəli futbolçunu icarəyə göndərib - RƏSMİ
16.01.2026 - 18:22
“Brentford”un türkiyəli futbolçusu Yunus Konakın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçini icarə əsasında “Oksford Yunayted”ə göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 20 yaşlı futbolçu mövsümün sonunadək Çempionşip təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, “Brentford” Yunus Konakı 2024-cü ildə “Sivasspor”dan 4,5 milyon avroya transfer edib.
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
- Haverts “uzunqulaq” ləqəbinin sirrini açdı: “Onları izləmək məni rahatlaşdırır”
- Qurban Qurbanov: "Sonuncu çempionluq daha şirin olur" - MÜSAHİBƏ
- “Qarabağ”ın rəqibi səhmlərini satır
- Tofiq Musayevin növbəti rəqibi müəyyənləşib - ABŞ-da döyüşəcək
0
0