Premyer Liqa klubunun Asensio planı
17.10.2022 - 17:43

“Real”ın futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Mançester Yunayted”in hədəfindədir.
Premyer Liqa klubu müqaviləsi yayda başa çatacaq oyunçunu bu qış heyətinə qatmağı planlaşdırır. “Real”ın 4 illik anlaşma təklifini geri çevirən Marko ildə 5 milyon avro maaşla razılaşmayıb. Bu üzdən madridlilər onu qış transfer dövründə satmağın əleyhinə deyil.
Qeyd edək ki, Asensio yayda da bir neçə klubun maraq dairəsində olsa da, keçid baş tutmayıb.
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
- “Çelsi” “Mançester Yunayted”ə rəqib oldu
- Türkiyə və İspaniya milliləri məğlub oldular
- La Liqa: “Atletiko” səfərdən 3 xalla qayıdır - VİDEO
- "Beşiktaş"ın prezidentinin sürücüsü jurnalisti döyüb - ŞOK
0
0