Premyer Liqa nəhəngi Almaniya millisinin futbolçusunu istəyir
14.06.2024 - 20:18
Bundesliqa təmsilçilərindən "Ştutqart"ın mərkəz müdafiəçisi Valdemar Anton "Liverpul"un hədəfinə çevrilib.
Apasport.az "Bild"ə istinadla xəbər verir ki, ingilis nəhəngləri artıq 27 yaşlı futbolçu ilə bağlı araşdırmalara başlayıb.
Mərkəz müdafiəçisinin müqaviləsində 22,5 milyon avro təzminat bəndi nəzərdə tutulub.
"Ştutqart"ın futbolçusuna iddialılar arasında "Borussiya" və "Bayer Leverkuzen" də var.
Qeyd edək ki, o, bu ilin martında Almaniya millisində debüt edib.
- “Qəbələ”nin futbolçusu Nigeriya millisində
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM
- “Səbail” kapitanı ilə yolları ayırdı
- Portuqaliya irəlilədi, Azərbaycan mövqeyində qaldı - UEFA REYTİNQİ
0
0