Başa çatan mövsümdə PSJ-nin qazandığı uğurların əsas memarlarından biri olan Cianluici Donnarummanın klubdakı taleyi sual altındadır.
Apasport.az xəbər verir ki, Paris klubu gələn ilin yayında müqaviləsi başa çatacaq olan qapıçısı ilə razılığa gələ bilmir.
Fransa çempionu 26 yaşlı futbolçunun yeni sözləşmə üçün tələb etdiyi maaşı qarşılamaq niyyətində deyil.
Donnarumma ilə maraqlanan klubların arasında “Qalatasaray” da yer alır. Lakin qapıçı Super Liqada oynamağa isti baxmır.
Fransa klubunun alternativ planı
Parislilər Cianluicinin ayrılığı halında “Lill”in 23 yaşlı qapıçısı Lukas Şevalyeri heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayında PSJ-yə azad agent kimi qoşulmuşdu.
- Makkolumdan 45 xal, "Pelikans"dan möhtəşəm geridönüş - VİDEO
- Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
- İki güləşçimiz Avropa çempionatının yarımfinalında
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ