"Qalatasaray" "Mançester Siti"nin futbolçusunu istəyir
02.08.2024 - 21:35
"Qalatasaray"ın yarımmüdafiəçi axtarışları davam edir.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" "Mançester Siti"nin futbolçusu Kalvin Fillipsə elçi düşüb.
Ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Vest Hem"də keçirən 28 yaşlı futbolçu Quardiolanın növbəti sezon planlarında da yoxdur.
İngilis futbolçu "Roma", "Leypziq" və "Zaltsburq" klublarının da hədəfindədir.
Qeyd edək ki, Kalvin Fillips ötən mövsüm 20 rəsmi matçda meydana çıxıb və 1 qol vurub.
- Boksçularımız Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
- Kosta-Rikadan 8 illik həsrətə son
- Təmsilçimiz Avropa dördüncüsü olub
- “Qarabağ”la “Neftçi”nin dünya reytinqindəki mövqeyi açıqlandı
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0