"Qalatasaray" Paredesin transferində 1 addım öndə
31.07.2023 - 22:13
"Qalatasaray" Argentina millisinin yarımmüdafiəçisi uğrunda mübarizənin favoriti hesab olunur.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu PSJ-dən Leandro Paredesi heyətə cəlb etməyə çalışır.
Fransızlarla razılığa gələn “cim-bom” qarşı tərəfə 6 milyon avro ödəyəcək. 29 yaşlı futbolçunun türklərlə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Paredes ötən mövsüm "Yuventus"da icarə əsasında çıxış edib. O, bütün yarışlarda 35 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.
- “Napoli”nin hücumçusu: “Atam Azərbaycanda çox yaxşı futbolçu idi”
- Adrian Mutu və Emin Mahmudovun mətbuat konfransı keçiriləcək
- "Çelsi"nin sabiq futbolçusu "Qarabağ"da oynaya bilər
- Addım-addım 1-ci Liqaya: “Kəpəz”dən ardıcıl 6-cı məğlubiyyət - YENİLƏNİB
- Hidayət Heydərov: "Növbəti hədəf "Paris-2024"-dür"
0
0