“Qalatasaray”da 662 günlük həsrət bitdi
26.12.2022 - 10:01
Türkiyənin “Qalatasaray” klubunun liderlik həsrəti sona çatıb.
Apasport.az saytı xəbər verir ki, bu, Super Liqanın XV turunda “İstanbulspor”a qalib gəldiyi görüşdən sonra baş verib.
Evdə rəqibini 2:1 hesabı ilə məğlub edən “cim-bom” 662 gündən sonra turnir cədvəlində ilk sıraya yüksəlib. Çempionatda ardıcıl dördüncü qələbəsini qazanan “sarı-qırmızılar” 30 xalla ən yaxın izləyicisi “Fənərbaxça”nı 1 xal qabaqlayır.
Qeyd edək ki, “Qalatasay” növbəti turda “Sivasspor”un qonağı olacaq.
- Amorimin “Yunayted”dən ilk istəyi – Xviça Kvaratsxeliya
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
- Gedson Fernandeş "Spartak" yolunda: "Beşiktaş"ın qazancı bəlli oldu
- Ozan Can Kökçü: “Nə danışsam, yanlış başa düşülər”
- Çempion “Barselona”ya geri dönür
0
0