Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Frayburq”un hücumçusu Kevin Şade karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu “Brentford”un hədəfindədir.
Premyer Liqa təmsilçisi forvard üçün növbəti təklifi göndərib. İngiltərəlilər “Frayburq”a 20 milyon avrodan artıq məbləğ ödəməyə razıdır.
Almaniya klubu bu günün sonuna kimi təklifə cavab verməlidir. “Frayburq” rəhbərliyi Bundesliqanın ən sürətli oyunçularından biri olan Kevini heyətində saxlamaq istəsə də, maliyyə baxımından sərfəli təklifdən imtina etməkdə çətinlik çəkir.
Qeyd edək ki, Şade ötən mövsümün 24 oyununda 5 qol vurub. O, saatda 36,37 km/s sürətlə Bundesliqada 3-cüdür.
- Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
- “Qarabağ” zirvədə, “Kəpəz” uduza-uduza gedir - YENİLƏNİB
- PFL-dən Kulinariya Günü sorğusu: Legionerlər Azərbaycanda nə yeyir - VİDEO
- "Trabzonspor"un keçmiş futbolçusu vəfat etdi
- Alleqri “Napoli”yə gedir – 3 illik müqavilə imzalanacaq