Qrizmandan fədakarlıq: “Böyük təklifi rədd etdi”
08.11.2023 - 20:19
“Atletiko”nun futbolçusu Antuan Qrizman klub üçün fədakarlıq edib.
Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun baş məşqçisi Dieqo Simeone açıqlayıb.
Argentinalı mütəxəssis bildirib ki, fransalı hücumçu Səudiyyə Ərəbistanından gələn böyük təklifi rədd edib: “O, yayda gələn böyük təklifi rədd etdi. Klub tarixinin ən yaxşısı olacağına şübhəm yoxdur. O, “Atletiko” üçün doğulub”.
Qeyd edək ki, 32 yaşı futbolçu bu mövsüm madridlilərin heyətində çıxdığı 11 matçda 7 qol vurub.
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- FIFA reytinqi: Azərbaycan millisi ili 74-cü pillədə başa vurub
- Millimiz beynəlxalq turnirdə 7 medal qazanıb
- "Çelsi" məşhur futbolçunun oğlu ilə peşəkar müqavilə imzalayıb
- Vahabzadə məğlubiyyətdən danışdı
0
0