"Real" "Jirona"nın müdafiəçisini transfer etmək istəyir
05.03.2024 - 12:12

Hüquqları "Jirona"ya məxsus olan müdafiəçi Migel Qutyerrez "Real Madrid"in maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, “kral” klubu müdafiəçini 8 milyon avroya almaq niyyətindədir. Razılaşma gələn ilin yayında baş tuta bilər.
22 yaşlı futbolçu 2022-ci ilin avqustunda "Real"dan "Jirona"ya keçib. Futbolçunun klubla müqavilə müddəti 2027-ci ilin ortalarına qədərdir.
Qeyd edək ki, Qutyerrez iştirak etdiyi 30 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" onu 20 milyon dəyərində qiymətləndirir.
- Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri müəyyənləşib
- “Sumqayıt” – “Neftçi” matçının hakimləri bəlli olub
- Qəbələdə qolsuzluq, “Qarabağ”dan darmadağın - YENİLƏNİB
- AFFA legioner limitini və əvəzetmə sayını müzakirə edəcək
- Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı
0
0