"Real"dan antirekord
                    
                    09.04.2025 - 13:21
                        
                    
                    “Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”a 0:3 hesabıyla uduzub.
Apasport.az xəbər verir ki, “kral klubu” 2009-cu ilin martından sonra birinci dəfə turnirdə ardıcıl iki oyunda qol vura bilməyib.
“Real” 1/8 finalın cavab oyununda “Atletiko”ya əsas vaxtda 0:1 hesabıyla uduzub.
Ançelottinin yetirmələri daha sonra əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.
                                
                                0
                                
                                0