“Roma”nı “Yuventus”a dəyişir
03.07.2022 - 21:24
“Yuventus” “Roma”nın yarımmüdafiəçisi Nikolo Zaniolonu transfer etməyə yeganə namizəddir.
Apasport.az saytının məlumatına görə, Turin klubu mümkün keçidlə bağlı futbolçunun özü ilə prinsipial razılığa gəlib.
İndi qalır “Roma” ilə ortaq məxrəcə gəlmək. Paytaxt təmsilçisi aparıcı oyunçularından birini ucuz qiymətə göndərməyə maraqlı deyil. “Canavarlar” İtaliya millisinin üzvünün transferindən 50 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, 2018-ci ildən “Roma”nın formasını geyinən 23 yaşlı Zaniolonun müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
- Qurban Qurbanov: “Komandadan razı qaldım”
- Ukrayna - Azərbaycan oyunu bu hakimə həvalə olundu
- Azərbaycan komandasının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi
- Türkiyədə 10 klubun 3 xalı silindi - SƏBƏB
0
0