
“Vaşinqton Di Si Yunayted”in baş məşqçisi təyin olunan Ueyn Runi heyətin gücləndirilməsi üçün fəaliyyətə başlayıb.
Apasport.az saytının məlumatına görə, ingiltərəli mütəxəssisin rəhbərlikdən istədiyi ilk futbolçu müəyyənləşib.
O, vaxtilə “Mançester Yunayted”də çiyin-çiyinə çıxış etdiyi yarımmüdafiəçi Cessi Linqardın komandasını gücləndirəcəyini düşünür. “Qırmızı şeytanlar”dan ayrıldığı üçün azad agent statusu daşıyan 30 yaşlı hücumameyilli oyunçunu Runi şəxsən özü razı salmağa çalışır.
Qeyd edək ki, Cessi Linqard ötən mövsüm “Mançester Yunayted”in heyətində 21 oyuna çıxıb, 2 qol vurub.
- Şəhriyar Məmmədyarov reytinqdə 3 pillə gerilədi
- Siyasət Əsgərov: “Meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq”
- Zelim Kotsoyev: "Özümə gözəl bir doğum günü hədiyyə etdim" - Müsahibə
- “Bayer”in kapitanı: "Daha çox qol vura bilərdik"
- Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"