Almaniya Bundesliqası təmsilçilərindən "Bavariya"nın üzvü Kim Min Ce yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, bir müddət "Fənərbaxça"da da çıxış edən müdafiəçi ilə "Çelsi" və "Nyukasl Yunayted" yaxından maraqlanır.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə. Bavyera təmsilçisi uyğun təklif gələcəyi təqdirdə, futbolçunu satmağa hazırdır.
Xatırladaq ki, 28 yaşlı oyunçu "Bavariya"ya 2023-cü ildə 50 milyon avro qarşılığında "Napoli"dən transfer olunmuşdu.
Qeyd edək ki, Kim bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 3 qolla yadda qalıb.
- "Qarabağ" və "Qalatasaray" prezidentləri birgə Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
- Şahmatçımız Gürcüstanda keçirilən beynəlxaq turnirdə ikinci yeri tutub
- Zaniola “Survivor”dan sevgili tapdı
- 21-ci əsrdə Premyer Liqanın ən yaxşı 10 futbolçusu açıqlanıb
- Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulub