“Sampdoriya”da yeni baş məşqçi
06.10.2022 - 14:25
“Sampdoriya”nın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubunu Deyan Stankoviç çalışdıracaq.
Serbiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Anlaşmada sonradan bir il müddətinə uzadılma ilə bağlı bənd də yer alıb.
44 yaşlı mütəxəssis Marko Campaolonu əvəzləyib. Sonuncu yanvarın 19-dan oktyabrın 2-dək Genuya təmsilçisini çalışdırıb.
Qeyd edək ki, Stankoviç karyerası ərzində “Srvena Zvezda”nın baş məşqçisi olub.
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- Emre Belözoğlu hakimləri tənqid etdi: “Bu liqa belə davam edə bilməz”
- La Liqa: “Espanyol” “Jirona” ilə heç-heçə etdi
- “Neftçi” – "Qarabağ” oyununun vaxtı bəlli olub
- “Şamaxı” azarkeşləri avrokuboklara yollanmaq istəyirlər - FOTO
0
0