Hazırda karyerasını “Əl-Hilal”da davam etdirən Sergey Milinkoviç-Saviç yenidən İtaliyaya qayıda bilər.
Apasport.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ilə “Yuventus” yaxından maraqlanır.
Bu barədə “Tutto Sport” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “qoca sinyora” 30 yaşlı futbolçunun transferi üçün yanvar ayında “Əl-Hilal” klubuna rəsmi təklif göndərəcək.
Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatan Saviçin özü də İtaliyaya qayıtmaq fikrinə müsbət yanaşır.
Qeyd edək ki, “Əl-Hilal” Serbiya millisinin üzvünü 2023-cü ilin yayında “Latsio”dan 40 milyon avro qarşılığında transfer edib.
- Qol vurdu, hərəkət göstərdi, qırmızı aldı - HƏTTA TƏƏCCÜBLƏNDİ
- Polşa Meksikanın müqavimətini qıra bilmədi - YENİLƏNİB
- “Neftçi” – “Sabah” oyununa giriş biletsiz olacaq
- Azərbaycan boksçuları neft ölkələri arasında Dünya kubokunda mübarizə aparacaqlar
- Ziya Həsənli: “Tarixdə birinci olmaq - möhtəşəm hissdir”